Oqtay Məhərrəm oğlu Rzayev
Doğma Salyan torpağında doğulan, boya-başa çatan ziyali insanlar içərsində müasir Azərbaycan poeziyasında öz dəsti-xətti ilə seçilən və sevilən şair Oqtay Rzanın xüsusi yeri vardir. Azərbaycan Yazıçılar Birliyinin ən tanınmış, fəal və nüfuzlu şəxsiyyətlərindən biri, N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universititetinin dosenti, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl Qələm” mükafatı laureatı şair Oqtay Rza 1934-cü il noyabırın 2-də Salyan rayonunda anadan olmuşdur. O, Arbatan kənd yeddiillik məktəbini bitirdikdən sonra Salyan şəhərindəki Nizami adına 2 nömrəli orta məktəbdə (1948-1951) təhsilini davam etdirmiş, sonra Azərbaycan Sənaye inistitutunu fərqlənmə diplomu ilə bitirib (1951-1956) geoloq ixtisasi almışdır. Əmək fəaliyyətinə 1956-cı ildən başlamış,26 Bakı Komissarı adına Neft və Qazçıxarma idarəsinin 5 nömrəli mədənində operator vəzifəsində işləmişdir. Sonra baş operator, daha sonra neftçıxarma ustası olmuşdur (1956-1961). Elmi-tədqiqat işi müdafiə edən Oqtay rza geologiya-mineralogiya elmləri alimlik dərəcəsi almışdır.1980-cı ildə Marksizm-leninizm universitetini fərqlənmə diplomu ilə bitirmişdir.
1961-1966- cı illərdə Azərbayacan dövlət Pedaqoji İnistitutunun (N.Tusi adına ADPU) ümumi coğrafiya kafedrasında müəllim, daha sonra baş müəllim vəzifəsində işləmiş, 1966- cı ildən kafedranın dosenti təstiq olunmuşdur.1961-ci ilin noyabr-dekabr aylarında Ümumdünya Həmkarlar İttifaqları Təşkilatının Moskvada keçirilən 5-ci konqresində sovet nümayəndə heyətinin tərkibində iştirak etmişdir.Oqtay Rza “Bir may” adlı ilk şerini yeddiillik məktəbdə oxuyarkən yazmış və “Sosializm yolu” rayon qəzetində dərc edimişdir.Onun “Torpağı dinləyirəm”, “Ürəyimi oxuyun”, “Hara gedirəmsə”, “Yasəmən çiçəkləyəndə”, “daş çırağın işığında” və s. Şeir kitabları vardır.Oqtay Rzanın şeirləri çoxsahəli və müsirdir, eyni zamanda milli ənənələrlə bağlıdır.
Onun şeirinin qəhrəmanları müxtəlif peşə sahibləri-müəllim,müğənni,həkim,geoloq,aşıq əmək qəhrəmanı,Qarabağ döyüşçüləri,tələbələr,şirin-şəkər balalardır.Kitabda müəllifin xəyal dünyası gah şairlərlə görüşür, gah qarabağ torpağında şəhidlik zirvəsinə ucalmış insanların qələbə harayına səs verir, gah da dünyasını vaxtsız dəyişmiş elm, ədəbiyyat və incəsənət xadimlərinin əbədiyyətə qovuşmuş ruhları ilə danışır.
Inanirıq ki, Oqtay meəllimin poeziya pəncərəsindən yayılan iıq getdikcə nurlanacaq və bu işığın parlaq ziyası insanlarda dostluq, sədaqət, məhəbbət və mərdlik hissini daha da rövnəqləndirəcəkdir.