Qulu Əsgərov Rüstəm oğlu
Musiqi insan ruhunun qidasıdır – deyirlər. Bizim millət üçün xüsusilə əzizdir.
Muğam ustadı Qulu Əsgərov məhz belə sənətkarlardan idi.Qulu Əsgərov 1928-ci ildə dekabr ayının 28-də Salyan şəhərində anadan olmuşdur. Onun hələ uşaqlıqdan musiqiyə , el muğamlarına böyük həvəsi olmuşdur.
Qulu Əsgərov sənət dünyasına qədəm qoyanda Azərbaycan klassik muğamlarının virtuoz ustadları vardı. Həmin xanəndələr on iki muğamın on ikisini də bənzərsiz şəkildə ifa edirdilər. “Rast”ı, “Çahargah”ı, “Şur”u, “Segah”ı Cabbar Qaryağdı oğlu, Seyid və Xan Şuşinskilər, İslam Abdullayev, Zülfü Adığözəlov kimi qüdrətli sənətkarlar tamam-kamal dəsgah çalıb-oxumuşlar.Bayatı muğamlar isə - “Bayatı Qacar” , “Bayatı Şur”, “Bayatı İsfahan”, “Bayatı Kürd” öz ifaçısını gözləyirdi.Belə bir şəraitdə sənət aləminə gələn Qulu Əsgərov özünün geniş diapazonlu, insan qəlbini riqqətə gətirən yanıqlı səsi ilə bu muğamlara yeni həyat verdi.Adlı-sanlı müğənnilərimiz – alim Qasımov, Qəndab Quliyeva, Mələkxanım Əyyubova məhz Qulu Əsgərovun köməyilə musiqi aləminə vəsiqə qazanmışlar.
Bu müğənnilər indi də müəllimlərini ehtiramla xatırlayır, ona yüksək qiymət verirlər. “Qulu-muğamın həm qulu idi,həm də şahı”.
Qulu Əsgərov həm də qayğəkeş və səriştəli bir pedaqoq idi.O, Azərbaycan Dövlət İncəsənət İnistitutunda təhsil alan tələbələrinə muğam sənətinin incəliklərini yorulmadan və səylə öyrədirdi.
Qulu Əsgərovun şaqraq zəngulələri, musiqi cövlanında qalxıb kükrəyən avazl həqiqətdə də bənzərsiz və əvəzolunmaz səsdir. Uzun müddət Azərbaycan Opera və Balet Teatrında çalışmış, “Leyli və Məcnun” da Məcnun, “Aşıq Qərib” də Qərub, “Əsli və Kərəm” də kərəm kimi təkrarolunmaz rollar yaratmışdı.
Həmin illərdə onun məlahətli səsi İtaliyadan, İspaniyadan,Almaniyadan,Monqolustandan gəlirdi.Öz pərəstişkarlarını dərindən sevindirən Qulu Əsgərov həqiqi mənada gözəl ifaçı, milli muğam və opera sənətimizin ustadlarından biri idi.Eyni zamanda bəstəkar və sənətçi kimi şöhrət tapan istedadlı müğənninin lirik stildə ifa etdiyi fərdi yaradıcılıq məhsulu da az deyildi. “Dolanaram başına”, “Ürək”, “Muğan”, “Nə hə deyir, nə yox deyir”, “Bizimdir” və digər mahnıları bu gündə öz bədii- estetik əhəmiyyətini itirməmişdir.
O, Azərbaycanın muğam sənətində bir ulduz kimi parladı.Parladı, amma yox olmadı.Ona sağlığında da,dünyasını dəyişəndən sonra da xalq öz qiymətini verib və verəcək.
Onun ömründən bizə yadigar qalan onun nurlu xatirəsi, milli opera və muğam irsidir.