Alternative flash content

Requirements

Get Adobe Flash player

Text size

Qan yaddaşımızı unutmayaq!

1

İnsan hüquqları

azadliqliar

2008-2013 Dövlət Proqramı

gerb

Əliağa Hüseynov

Eliaga Huseynov

Əliağa İzzət oğlu Hüseynov

       Hüseynovlar sülaləsi Azərbaycanda böyük hərbiçilər nəsli kimi tanınır. Bu nəsildən 20 nəfərdən çox peşəkar hərbiçi çıxmışdır. Onlardan iki nəfəri general-mayor, yeddi nəfəri polkovnik, on üç nəfəri podpolkovnikdir. 7 nəfəri İkinci Dünya müharibəsində, 12 nəfəri isə torpaqlarımızın azad olunması uğrunda Qarabağ döyüşlərində iştirak etmişdir.
Hüseynovlar sülaləsinin ən tanınmış nümayəndələrindən biri də Azərbaycan Respublikasının hərbi komissarı, general-leytenant  Əliağa İzzət oğlu Hüseynovdur. Əliağa Hüseynov 1946-cı ildə Salyan şəhərində anadan olmuşdur. İlk təhsilini Salyan rayon Nizami adına 2 saylı orta məktəbdə almışdır. 1970-ci ildə Ç.İldırım adına Azərbaycan Dövlət Politexnik İnistitutunun mühəndis-mexanik fakultəsini bitirmişdir. O, 1970-1972-ci illərdə Bakı şəhərindəki tramvay-trolleybus parkında fəhlə işləmişdir. Əliağa Hüseynov elmi biliyini daim artırmış, 1972-ci ildə Bakıda Marksizm – Leninizm Universitetində siyasi təhsilini davam etdirərək oranı fərqlənmə diplomu ilə bitirmişdir. Həmin ildən 26 Bakı komissarı (indiki Səbail) rayon hərbi komissarlığında şöbə rəisinin köməkçisi vəzifəsində çalışmışdır. O, 1976-1978-ci illərdə İmişli rayon hərbi komissarının müavini işləmiş, 1978-1983-cü illərdə Bakı şəhəri Əzizbəyov rayonunun hərbi komissarı vəzifəsində çalışmışdır. 1988-ci ildə Yasamal rayon hərbi komissarı təyin olunmuş və bir neçə il bu vəzifədə çalışmışdır. Əliağa Hüseynov hərbi təlimə daha dərindən bələd olmaq məqsədilə bu sahədə təhsilini artırmağa ciddi səy göstərmiş, 1974- cü ildə Bakı Ali Hərbi məktəbini, 1975-ci ildə Baş qərargahın səfərbərlik üzrə təlim kurslarını başa vurmuşdur.
General-leytenant Əliağa Hüseynov 1993-1994- cü illərdə Yasamal batalyonu Ağdam və Füzuli bölgələrində döyüşərkən, həmin batalyona hərtərəfli yardım etməkdən ötrü Yasamal rayon İcra Hakimiyyətinin başçısı Arif Ağayevlə birlikdə bu bölgələrdə olmuşdur.
       Tanınmış hərbiçi, general-leytenant  Əliağa Hüseynov uzun müddət Azərbaycan Respublikasının hərbi komissarı kimi məsul vəzifədə çalışmışdır.
2009-cu il 10 Noyabr tarixində Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Əliağa Hüseynov həqiqi hərbi xidmətdən ehtiyyata buraxılmışdır və 2009-cu il 11 Noyabr tarixində Salyan rayon İrca Hakimiyyətinə başçı təyin olunmuşdur.
       2010-cu ilin noyabr ayında keçirilən Azərbaycan Respublikası Milli Məclisinə deputat seçkilərinndə Salyan rayonunun deputatı seçildi.

Bizi "Facebook"-da izləyin!

FacebookFacebookg5

212850

  • Cari Aktiv istifadəçi9
  • Aktiv qonaqlar indi9
  • Qeydiyyatlı Aktiv0
  • Bugünkü unikal ziyarətlər52
  • Dünənki unikal ziyarətlər54
  • Bu həftəki ziyarətlər182
  • Əvvəlki həftə ziyarətlər370
  • Ümumi məqalələr43
  • Bu həftəki yeni məqalələr0