Alternative flash content

Requirements

Get Adobe Flash player

Text size

Qan yaddaşımızı unutmayaq!

1

İnsan hüquqları

azadliqliar

2008-2013 Dövlət Proqramı

gerb

Arif Məlikov

arifmelikov

Arif Cahangir oğlu Məlikov

 Azərbaycanlı bəstəkar, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, Azərbaycan Respublikasının xalqartisti , professor , SSRİ xalq artisti , Dövlət mükafatı laureatı , Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Arif Məlikov 1933-cü il sentyabrın 13-də Bakıda anadan olmuşdur.14 yaşında ikən məlum olub ki, Arifin musiqiyə güclü məhəbbəti var.Məhz onun xahişi ilə valideyinləri övladlarına tar da alıblar Əvvəllər musiqi duyumunun gücünə tanış melodiyalar səsləndirən Arif sonralar onlarla şəxsi inprovizasiyalarını əlavə edib.
1953-cü ildə Üzeyir Hacıbıyov adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olan Arif Məlikov Qara Qarayevin sinfində təhsil alıb.
1956-cı ildə Bakıda keçirilən Azərbaycan bəstəkarlarının I qrultayında ancaq tanınmış incəsənət xadimləri, böyük bəstəkarlar iştirak edirdilər.Qurultay vaxtı konservatoriya tələbəsi Arif Məlikov skripka və fortepiano üçün bəstələdiyi süitanı ifa edib.Qurultay iştirakçıları gənc oğlanın istedadına valeh olublar.XX \srin dahi bəstəkarı Dmitri Şostakoviş Arif Məlikov haqqında mətbuatda xoş sözlər deyib.Bu,gələcək böyük bəstəkarın barəsində ilk xeyir – dua, ilk “resenziya” olub.Arifin 1957-ci ildə bəstələdiyi “Nağıl ” simfonik poeması böyük rezonans doğurdu.1959-cu ildə bəstəkarın ikinci simfonik poeması- “Füzuli”də müəllifə şöhrət gətirdi, Respublika Dövlət Mükafatına layiq görüldü.
Arif Məlikov istedadı, sənəti dünyaya bəlli olanda onun cəmi 27 yaşı vardı.23 mart 1961-ci ildə Azərbaycanlı bəstəkarın Leninqrad Dövlət Opera və balet Teatrında “Məhəbbət əfsanəsi” baleti tamaşaya qoyuldu. O, Nazim Hikmətə olan sevgisini məhz onun “Məhəbbət əfsanəsi” pyesi əsasında eyni adlı baletinin yazdı.Bu baletində ilk dirijoru məhz Niyazi oldu.
“Məhəbbət əfsanəsi” pyesi fəlsəfi bir əsərdir.Düz 42 ildir ki, Arif Məlikovun bu baleti dünya teatrının böyük səhnələrində səslənməkdədir.Dünyanın ən qədim və möhtəşəm sənət məbədi sayılan 228 yaşlı Böyük Teatr 37 ildir ki, müntəzəm surətdə öz repertuarında “Məhəbbət əfsanə”nə xüsusi yer ayırır.1986-cı ildə ikinci silsilə romanslarına görə Dövlət Mükafatları Laureatı adına layiq görüldü
1965-ci ildə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi adına layiq görülüb.
1971-ci ildə «Şərəf Nişanı» Ordeni ilə təltif olunub. 1978-ci ildə isə Azərbaycan Respublikasının xalq artisti adına layiq görülüb. 1979-cu il – professor adına layiq görülmüşdür. 1982-ci ildən – Az. Dovlət Konservatoriyasında bəstəkarlıq kafedrasının müdiri işləyir.
1986-cı ildən Azərbaycan Respublikasının Dövlət mükafatı laureatı 1986-cı ildə SSRİ xalq artisti adına layiq görülüb. 1998-ci ildə İstiqlal Ordeni ilə təltif olunub. 2001-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvüdir. 
Əsərləri
• Baletlər: Məhəbbət əfsanəsi (1961), "İki nəfər" (1969), "İki ürək dastanı" (1981), "Fövqelgözəl Yusif" (1999) 
• BSO üçün: Səkkiz simfoniya (1958-2000), "Qağıl", "Metamorfozlar", "Axırıncı aşırım", "Qəhrəmani" simfonik poemaları; Kamera instrumental əsərlər (prelüdlər, süitalar); Nazim Hikmətin sözlərinə 2 vokal silsilə; Xalq Çalğı alətləri Orkestri üçün əsərlər. 7 saylı Simfoniya (1995); Ç.İldırımın söz. səs və simfonik orkestr üçün «Azərbaycan» balladası (1995); 8 saylı Simfoniya (2001). Teatr tamaşalarına və kinofilmlərə musiqi (1990 – 2001). "Simfonik nağıl"

Filmoqrafiya
1. Sehrli Xalat (1964) 
2. İyirmialtılar (1966) 
3. Axırıncı Aşırım (1971) 
4. Ulduzlar Sönmür (1971) 
5. Qərib Cinlər Diyarında (1977) 
6. Qız Qalası Əfsanəsi (1978) 
7. İşarəni Dənizdən Gözləyin (1986) 
8. Arif Məlikov. "Məhəbbət Əfsanəsi" (1987) 
9. Doğma Sahillər (1989) 
10. Gecə Qatarında Qətl (1990) 
11. Kitabi Dədə Qorqud. Səkrəyin Dastanı (1990) 
12. Göylər Sonsuz Bir Dənizdir. II Film. Züleyxa (1995) 
13. Tənha Ruh (1998) 
14. Heydər Əliyev. Dördüncü Film. Lider (1999) 
15. Tanrıya Tapınan Kiş (2001) 
16. Hacı Qara (2002) 
17. Maestro (2002) 
18. Kitabi Dədə Qorqud. Basat və Təpəgöz (2003) 
19. Müstəqillik Yollarında. Üçüncü Film (2004) 
20. Nəfəs Alətləri (2004) 
21. Oqtay Ağayev. Ötən Günlər (2004) 
22. Mücadilə. Birinci Hissə. İstiqlalın Beşiyi (2006) 
23. Rəssam Ömrünün Palitrası (2006) 
24. Dağlı Çörəyi (2007) 
25. Hədiyyələr, Həyəcanlar... (2007) 
26. Maestro Niyazi (2007)

"Məhəbbət dastanı"

Bizi "Facebook"-da izləyin!

FacebookFacebookg5

212850

  • Cari Aktiv istifadəçi8
  • Aktiv qonaqlar indi8
  • Qeydiyyatlı Aktiv0
  • Bugünkü unikal ziyarətlər52
  • Dünənki unikal ziyarətlər54
  • Bu həftəki ziyarətlər182
  • Əvvəlki həftə ziyarətlər370
  • Ümumi məqalələr43
  • Bu həftəki yeni məqalələr0