Alternative flash content

Requirements

Get Adobe Flash player

Text size

Qan yaddaşımızı unutmayaq!

1

İnsan hüquqları

azadliqliar

2008-2013 Dövlət Proqramı

gerb

Ağaxan Ağabəyli

aqaxanaqabeyli

Ağaxan Ələsgər oğlu Ağabəyli

            22 dekabr 1904-cü ildə salyan rayonunun Kürqaraqaşlı kəndində bir oğlan uşağı dünyaya gəldi.Bu gələcəyin böyük alimi – Ağaxan Ağabəyli idi.
Əmir Teymurun (1370-1405) cığatay tayfasına mənsub olmuş Ağabəylilər Muğanın qədim nəsillərindən biridir.XVI əsrin sonunda,XVII əsrin əvvəllərindəbu nəslin nümayəndələri Şah I Abbas Səfəvinin əmirlərindən olmuş və Səfəvi imperiyasının Hindistan sərhədlərində zabit rütbəsində xidmət etmişlər.1603-1612-ci illərdə onlar Osmanlı-Səfəvi müharibələrində iştirak etmiş və Muğanın azad olunması uğrunda vuruşmuşlar.Bu xidmətlərinə görə şahın fərmanı ilə nəslin nümayəndəsi Arslan bəyə Muğanda torpaq mülkü bəxş edilmişdir. Onun ulu nəvəsi Cığatay bəy Qacarlar dövründə (XVIIIəsrin ikinci yarısı) Salyanda mülkədar olmuşdur. Ağa bəyin oğlu olan Ağaxan bəyin oğlu Ağaxan ağabəylinin babası soltan bəy alim,şair,rəssam və ərəb kalliqrafiyası üzrə mahir sənətkar (xəttat) idi.1870-ci illərdən başlayaraq o, öz əli ilə çoxsaylı Quran nüsxələri köçürüb incə naxışlarla bəzəmişdir.
Ağaxan Ağabəylinin atası ələsgər Soltan oğlu Ağabəyli varlı, ziyalı, tacir və mülkədar olmuşdur.1923-cü ildə  Salyanda orta məktəbi bitirdikdən sonra Azərbaycan Poltexnik İnistitutunun kənd təsərrüfat fakultəsinə daxil olur və oranı bitirdikdən sonra göndərişlə Xalq Torpaq Komitəsinin Kolxoz mərkəzi sistemindəki salyan peşə məktəbinin direktoru (1927-1929) təyin olunur  ,daha sonra bakı və Şəkidə aqronom – zootexnik (1929-1930) işləyir.Orta və ali məktəblərdə oxuduğu 1920-1927-ci llərdə  təhsil almaqla paralel olaraq xalq məhkəməsinin istintaq şöbəsində kargüzar və Salyan şəhərinin sosial – təminat şöbəsində işaparıcı, Bakı və Salyan şəhərlərində müəllim vəzifələrində çalışmışdır.
1925-1926-cı illərdə o, tələbə elmi xətti ilə ətlik ingilis qoyun cinslərinin yetişdirilməsi tarixini öyrənmək məqsədilə Ukraniyadaki Ümumittifaq Hibridləşdirmə və İqlimləşdirmə İnstitutuna , onların yunluq və ətlik məhsuldarlığını öyrənmək məqsədi ilə Askaniya-Nova Hibridləşdirmə İnstitutuna, habelə professor N.D.Potyomkinin rəhbərliyi altında elmi tədqiqatlarla məşğul olmaq üçün Moskva və Leninqrad şəhərlərinə göndərilmişdir.
A.Ə. Ağabəyli 1930-cu ildə “İri buynuzlu qaramalın genetika və seleksiyası” ixtisası üzrə Moskva ümumittifaq Elmi-Tədqiqat Heyvandarlıq İnistitutunun aspiranturasına daxil olmuş və “Ləzgi cinsli qoyunlar və onların meronoslarla çarpazlaşdırılmasının nəticələri” mövzusunda tədqiqatlar aparmışdır.
A.Ə. Ağabəylinin bir alim kimi formalaşmasında N.D.Potyomkin, E.N.Liskin,A.S.Serebrovski, M.A.Dyakov, N.İ.Kalugin, İ.V.Fiqurovski, V.T.Smirnov-Loginov və b. Görkəmli alimlərin böyük rolu olmuşdur.
1932-ci ildə aspiranturanı müvəffəqiyyətlə bitirdikdən sonra ,36 il müddətinə AzKTİ-nin “Heyvanların yetişdirilməsi və genetikası”kafedrasına rəhbərlik etməklə yanaşı, “Zoologiya və darvinizm”kafedrasının müdiri,Azərbaycan Elmi Tədqiqat Heyvandarlıq İnistitutunda baş elmi işçi (1932-1946), AzKTİ-nun zootexnika fakultəsinin dekanı (1932-1996) işləmişdir.
1966-cı ildən həyatının son günlərinədək A.Ə.ağabəyli Azərbaycan EA Genetika və seleksiya İnistitutunda yeni yaradılmış “Heyvanların genetikası və seleksiyası” şöbəsinə rəhbərlik etmişdir.O,1938-ci ildə namizədlik,1949-cu ildə doktorluq dissertasiyalarını müdafiə etmiş,1939-cu ildə dosent,1950-ci ildə professor adlarına layiq görülmüşdür.1956-cı ildə A.Ə. Ağabəylinin ÜİKT EA –nın müxbir üzvü seçilməsi isə onun genetika,seleksiya və zootexnika elmlərinə gətirdiyi yeniliklərin yüksək səviyyədə dəyərləndirilməsinə dəlalət edirdi.
A.Ə.Ağabəyli apardığı elmi tədqiqatlar və əldə etdiyi elmi nəticələrə əsaslanaraq zootexniki tövsiyyələr, camışların bonitirovkası üzrə təlimatlar hazırlamış və onların istehsalatda geniş tətbiqinə nail olmuşdur..A.Ə.Ağabəylinin camışlığa aid 135-dən çox elmi əsəri, “Camışçılıq”(1948,1959,və 1964)  dərs vəsaiti, “Camışlar”(1967) monoqrafiyası, camışların həm taksonomik vahid kimi, həm də ev heyvanı kimi öyrənilməsinin, ümumiyyətlə camışçılıq sahəsindəki apardığı çoxillik elmi tədqiqatların nəticəsidir.
A.Ə.ağabəyli heyvandarlıq sahəsindəki elmi tədqiqatlarını çox böyük məharətlə pedaqoji fəaliyyəti ilə uzaqlaşdıra bilirdi.Yarım əsrlik bir dövrü əhatə elmi fəaliyyəti müddətində o,220-dən çox elmi əsər, o cümlədən bir neçə fundamental monoqrafiyya və dərs vəsaiti çap etdirmişdir. Onun “Camışçılıq ” adlı dərs vəsaiti olan kitabı bir neçə dəfə “Azərnəşr ” nəşriyyatında,fundamental əsər olan “Camışlar” monoqrafiyası və Moskvada (“Kolos”1967) rus dilində nəşr edilmiş və sonradan Vyetnam dilinə tərcümə edilmişdir; Azərnəşrdə 1975-ci ildə “Kənd təsərrüfatı heyvanlarının yetişdirilməsi” dərsliyi,1980-cı ildə “Azərbaycan camışları monoqrafiyası”, “Elm” nəşriyyatında isə 1981-ci ildə “Azərbaycanda iri buynuzlu qaramalın zebu ilə hibridləşdirilməsi”əsəri çap edilmişdir.

Bizi "Facebook"-da izləyin!

FacebookFacebookg5

212850

  • Cari Aktiv istifadəçi9
  • Aktiv qonaqlar indi9
  • Qeydiyyatlı Aktiv0
  • Bugünkü unikal ziyarətlər52
  • Dünənki unikal ziyarətlər54
  • Bu həftəki ziyarətlər182
  • Əvvəlki həftə ziyarətlər370
  • Ümumi məqalələr43
  • Bu həftəki yeni məqalələr0