Abonement şöbəsi
Şöbə müdiri:Səlimova İlhamə Nadir qızı
Kitabxana yaranan gündən fəaliyyət göstərir. Şöbənin fondu bədii və elmi ədəbiyyatla zəngindir. Şöbədən ayrı-ayrı oxucu qrupları istifadə edir. Gün ərzində 20-25 oxucuya xidmət göstərilir. Şöbənin əlifba və sistemli kataloqları var. Fondda “Açıq rəf”-də sərgilənən kitablar oxucuların marağına və kitab seçməsinə geniş şərait yaradır. Şöbədə oxucuların maraq dünyasına məxsus sərgilər, yerli yazarların sərgiləri, yeni alınmış kitabların sərgiləri nümayiş etdirilir.
Statistik göstəricilər
Ümumi kitab fondu – 35084
Latın əlifbası ilə - 4562
Kril əlifbası ilə - 16649
Rus dilində - 13873
İl ərzində oxucu – 3401
Oxu zalı
Zalın müdiri:Qaçayeva Sevinc Cahangir qızı
Zal Mərkəzi Kitabxananın II mərtəbəsində yerləşir.Zalda dövrü mətbuatlar, sistemli kataloq, müxtəlif lüğətlər, ensiklopediyalar, məlumat nəşrləri, dərsliklər və müxtəlif ədəbiyyat növləri yerləşir.Bunlar həm Azərbaycan,həm də Rus dilindədir. Ədəbiyyatlar fəlsəfə, tarix, hüquq, tibb, texnikanı əhatə edir.
Zalda yazıçı və şairlərə məxsus sərgilər, zala daxil olan yeni nəşrlər açıq rəflərdə nümayiş etdirilir.Eyni zamanda 80 oxucu zaldan istifadə etmək hüququna malikdir.
Oxu zalına daxil olan dövrü mətbuat 5 illik jurnal, zalın arxivində saxlanılır. Oxu zalından ali məktəb tələbələri, rayon ziyalıları və digər oxucu qrupları istifadə edir. Zalda yerli yazarlardan ibarət "Ədəbiyyat dərnəyi" fəaliyyət göstərir.Bununla yanaşı yazıçı və şairlərin yaradıcılıq gecələri, elmi praktiki konfranslar,kitab təqdimatları keçirilir.Statistik göstəricilər
Ümumi kitab fondu – 8019
Latın əlifbası ilə - 2000
Kril əlifbası ilə - 1999
Rus dilində - 4020
3 adda jurnal, 9 adda qəzet alınır.
İl ərzində oxucu - 2673
Kitabişləmə və Komplektləşdirmə şöbəsi
Şöbə müdiri: Mənəfova Sona Əlisəftər qızı
Kitabişləmə və komplektləşdirmə şöbəsi kitabxana yaranan gündən fəaliyyət göstərir. Şöbənin əsas vəzifəsi kitabxanaya daxil olan yeni nəşirlərin uçot-qeydini aparmaq,kitabxana qaydaları üzrə işləyib, filial kitabxanalara göndərməkdən ibarətdir. İlin sonunda kitabxananın şöbəsi fonda daxil olan və oradan çıxarılan ədəbiyyatın miqdarını müəyyənləşdirir.
Metodika və Biblioqrafiya şöbəsi
Şöbə müdiri : Əliyeva Şamama Əvəz qızı
Şöbə filial kitabxanalarına vahid metodik köməklik göstərir. Metodika şöbəsinin işçiləri hər ay kənd filiallarının keçirdikləri tədbirlərə istiqamət verir. MKS-nin başqa şöbələrinə praktiki köməklik göstərir. Şöbənin əsas işi oxucuların qeyri-müəyyən sorğularına cavab vermək, biblioqrafik vasitələr hazırlamaqdır. Kitabxanaya daxil olan bütün dövrü nəşrlərin mühüm əhəmiyyət kəsb edən məqalələrin kartotekasını yaratmaqdır.
Kitabxanalararası Abonement Şöbəsi
Şöbə müdiri: Eyvazova Mehparə Böyükağa qızı
Kitabxanalararası Abonement şöbəsinə məxsusdur. Şöbə rayon ərazisində yerləşən bütün kitabxanalar üçün vahid mərkəz vəzifəsini daşıyır. Mərkəzi kitabxanada və filial kitabxanalarında olmayan, oxucu tərəfindən tələb olunan ədəbiyyatın sorğusu MKS-nin vahid kitab fondunun təşkili və istifadəsi şöbəsinə göndərilir. Şöbə respublika əhəmiyyətli kitabxanalarla müntəzəm olaraq əlaqə saxlayır. Hal-hazırda bu şöbədə 103 sayda Nadir Kitab Abidəsi şöbədə qorunub saxlanmaqdadır.
Statistik göstəricilər
Ümumi kitab fondu – 13697
Latın əlifbası ilə - 1017
Kril əlifbası ilə - 7082
Rus dilində - 5421İnformasiya Resurs Şöbəsi
Şöbə müdiri:Ağabəyli Rəfiqə Rahim qızı
Proqramçı:Ağayev Romal Mirsəməd oğlu
Kitabxanamızda yeni yaradılan bu şöbə kitabxananın Veb- saytının idarə olunması (veb-saytın operativ yeniləşməsi, əlavə və dəyişiklərin edilməsi, domen və hostinqin fəliyyətinə nəzarət), şəbəkənin antivirus proqramının, habelə lokal və İnternet şəbəkəsinin fəaliyyətini təşkil edir, nəzarət funksiyasını həyata keçirir. Şöbə kitabxananın Elektron kitabxanasının yaradılması, nəşrlərin elektron formaya çevrilməsi işini təmin edir. Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsinin həyata keçirdiyi “Kataloqlaşdırma” modulunun bazasından isifadə edərək elektron resusların bazalarının yaradılmasını həyata keçirir. Kitabxanaya müraciət edən hər bir oxucu bu şöbədən istifadə etmək hüququna malikdir. Kitabxanaya müraciət edən oxucu istədiyi mövzunu əldə edə bilmədikdə İnformasiya Resurs Şöbəsinə müraciət edir. Hazırda şöbə fasiləsiz internetlə təmin olunmuş, oxucuların istifadəsinə verilmişdir. Şöbənin əsas vəzifəsi informasiyalı cəmiyyətdə istifadəçilərin informasiyaya olan təlabatını ödəmək və işimizi günün tələbləri səviyyəsində qurmaqdır.
Xidmətləri:
- Kitabxanada olmayan kitabların müasir texnologiyaların istifadə edilməsi ilə oxucuya çatdırılması
- Mətinlərin tərcümə olunması
- Referat və Kurs işlərinin yazılması
- Digər kompüter və internet xidmətləri
Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsi
Şöbə müdiri:Abdullayeva Vüsalə Sinyor qızı
Kitabxananın Elektron kataloqunun idarə olunması, elektron resusların, bazalarının yaradılması, Elektron kataloqun “Kataloqlaşdırma”, “Komplektləşdirmə”, “Oxucu”, modullarının işini təşkil etmək, habelə “MKS-də kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması işini təşkil edir. Hər bir internet istifadəçisi kitabxanamızın web saytına daxil olub elektron kataloq, elektron kitabxana resusrlarından istifadə etmək hüququna malikdir.
Amerika Mərkəzi
Axundova Sevda İmanverdi qızı
Amerika Mərkəzi 2007-ci ilin may ayından Salyan şəhər MKS-də yaradılıb.Kitabxanada bundan əvvəl “Regional kitabxanaların inkişaf proqramı” layihəsi onun ardınca “Regional Kitabxanaların Məlumat Mərkəzi” fəaliyyət göstərirdi.Bu ilin aprel ayında isə Mədəniyyət və Turizm Nazirliyi və Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfirliyi arasında “Kitabxana sahəsində əməkdaşlıq üzrə Anlaşma Momerandumu ” imzaladıqdan sonra “Amerika mərkəzi” kimi fəaliyyətə başladı.Mərkəz geniş oxucu auditoriyası üçün açıqdır və buradakı materiallardan istifadə pulsuzdur.İcmanın bütün təbəqələrindən olan insanlar Amerika Mərkəzinin informasiya resurslarından yararlana bilərlər.Mərkəz fasiləsiz internetlə,resurs mənbələri ilə təmin edilmişdir.İstifadəçilər əldə etdikləri məlumatları çap formatında əldə etmək imkanına malikdirlər.Amerika Birləşmiş Ştatlarının Azərbaycanın müstəqil,təhlükəsiz,tərəqqili və demokratik dövlət kimi uğurlu inkişafında güclü marağı var.Amerika Mərkəzi ictimai – siyasi,mədəni və sosial həyatın qloballaşdığı və universallaşdığı, informasiya – Kommunikasiya texologiyalarının rolunun artdığı,rəqabətin gücləndiyi müasirdövrdə hər bir şəxsin istedad və qabiliyyətinin müstəsna əhəmiyyət kəsb etdiyi nəzərə alınaraq, müstəqil qərarlar qəbul etməsi üçün onun zəruri təhsil səviyyəsinə və bacarıqlara malik olmasına,cəmiyyətin inkişafının əsas hərəkətverici qüvvəsi olan müasir gəncliyin formalaşmasına xidmət edir.Bi məqsədlə Amerika Mərkəzində mütamadi olaraq Amerika və Azərbaycan günlərinə həsr edilmiş tədbirlər keçirilir.Həmçinin Amerika Mərkəzində təhsil proqramları keçirilir:
- Orta səviyyə klubu
- Başlanğıc klubu
- Orta səviyyəyə hazırlıq klubu
- Yüksək səviyyə klubu
- İstifadəçilərin mövsüm emalatxanası
- Yoqa klub