Salyanın Arxeoloji və Memarlıq irisi
Elmi-praktiki konfrans
Salyan rayonunda Babazanan dağında qədim yaşayış məskəni aşkar edilmişdir. AMEA Arxeologiya və Etnoqrafiya İnistitunun şöbə müdiri, professor, tarix elmlər doktoru Arif Məmmədovun rəhbərliyi ilə aparılan arxeoloji kəşviyyat və qazıntı nəticəsində aşkarlanan materiallar bu ərazidə 2800 il əvvəl yaşayış olduğu sübut olunur.
Bu məqsədlə Salyan rayonunda “ Salyanın Arxeoloji və Memarlıq irsi ” mövzusunda elmi-praktiki konfrans keçirildi. AMEA – nın vitse – prezidenti Arif Həşimov, AMEA Arxeologiya və Etnoqrafiya İnistitutunun direktoru,tarix elmlər doktoru Maisə xanım Rəhimova, AMEA Tarix İnistitunun dirktoru, Milli Məclisin üzvü, AMEA-nın müxbir üzvü, tarix elmlər doktoru, professor Yaqub Mahmudov, AMEA Arxeologiya və Etnoqrafiya İnistitutunun şöbə müdiri, Salyan arxeoloji ekspedisiyasının rəisi, tarix elmlər doktoru, professor Arif Məmmədov , AMEA Arxeologiya və Etnoqrafiya İnistitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü, tarix elmlər doktoru, professor Vəli Əliyev, - AMEA Arxeologiya və Etnoqrafiya İnistitutunun şöbə müdiri, tarix elmlər doktoru Əsədulla Cəfərov, Tarix elmlər doktoru Tufan Axundov, AMEA Arxeologiya və Etnoqrafiya İnistitutunun şöbə müdiri, Tarix üzrə fəlsəfə doktoru Akif Quliyev, AMEA Memarlıq və İncəsənət İnistitutu, memarlıq üzrə fəlsəfə doktoru Rizvan Qarabağlı və digər professor və tarix elmlər doktorlarının iştirakı ilə təşkil olunmuş konfransdan öncə gələn qonaqlar Rayon İcra Hakimiyyətinin İnzibati binasının qarşısında Q. Əsgərov adına İncəsənət məktəbinin uşaqlardan ibarət rəqs qrupu və “Cəngi ” nəfəs alətləri orkestrinin ifası sədaları altında gül-çiçək dəstələri ilə qarşılandılar. İcra Hakimiyyətinin binasında yerləşən Ulu Öndər Heydər Əliyevin abidəsini dərin etiramla yad edib tər gül dəstələrini düzdükdən sonra qonaqlar foyenin sol tərəfində rayon Dövlət Rəsm qalareyasının rəssamları tərəfindən sərgilənən, qrafik üsulu ilə çəkilmiş arxeoloji materiallara baxış keçirildi. Foyenin sağ tərəfində “Salyan rayonunun arxeoloji və memarlıq irsinin Azərbaycan tarixində rolu” başlığı altında sərgilənən kitab və dövrü mətbuatla tanış olduqdan sonra qonaqlar axreoloji kəşviyyat zamanı Bəndovan, Kürsəngi, Babazanan və Qırxçıraq ərazisində aşkarlanmış eksponatlara baxış keçirildi. AMEA Arxeologiya və etnoqrafiya inistitunun şöbə müdiri Arif Məmmədov aşkarlanan eksponatlar haqqında geniş məlumat verdi.
Salyan rayonu İcra Hakimiyyətinin başçısı Tahir Kərimovun giriş sözü ilə konfransı açıq elan etdi. Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Konfransda AMEA – nın vitse – prezidenti Arif Həşimov, AMEA Arxeologiya və Etnoqrafiya İnistitutunun direktoru,tarix elmlər doktoru Maisə xanım Rəhimova, AMEA Tarix İnistitunun dirktoru, Milli Məclisin üzvü, AMEA-nın müxbir üzvü, tarix elmlər doktoru, professor Yaqub Mahmudov, AMEA Arxeologiya və Etnoqrafiya İnistitutunun şöbə müdiri, Salyan arxeoloji ekspedisiyasının rəisi, tarix elmlər doktoru, professor Arif Məmmədov , AMEA Arxeologiya və Etnoqrafiya İnistitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü, tarix elmlər doktoru, professor Vəli Əliyev və digərləri çıxış edərək Salyanın arxeoloji və memarlıq irsinin Azərbaycan tarixində yeri və rolu haqqında ətraflı danışdılar.
Konfransdan sonra iştirakçılar rayonun görməli yerlərini, memarlı və monimental abidələrinə baxış keçirib, Babazanan dağında tapılmış küp qəbirlərlə tanış olmuşlar.