15 May Beynəlxalq ailə günüdür.
Ailə olmaq iki bədəndə bir can, iki vücudda bir ruh, iki sinədə bir ürək olmanın adıdır. Ailə sevginin sonsuz iqlimi içərisində həlimləşərək, sevdiyi insana sədaqətli xidmət göstərərərk iki həyatı, iki dünyanı bir araya gətirməkdir.
“15 May Beynəlxalq Qadınlar Günü” münasibətilə Salyan rayonunda tədbir keçirildi.
Tədbiri giriş sözü ilə açan ATİAHİ RK –nın sədri Yaqut Ələsgərovanın çıxışından sonra Rayon İcra Hakimiyyəti başçısı Tahir Kərimov və xanımı şahidliyi ilə rayonun iki gənci Babayev Əsədulla Əli oğlu və Qarayeva Pərvin Qulu qızının nigah mərasimi qeyd olundu. Rayon İncəsənət Məktəbinin muğam şöbəsinin şagirdlərinin, Mədəniyyət evinin “ Gənclik ” xalq çalğı alətləri ansambılının, rayon sənətçilərinin və tanınmış qarmon ifaçısı Aslan İlyasovun ifasında təqdim olunan bir-birindən maraqlı nömrələr tədbir iştirakçılarını daha da ruhlandırdı. Tədbirdə çıxış edən RİH-nin başçısı Tahir Kərimov iştirakçıları bu gün münasibətilə təbrik etdi və vurğuladı ki, ailə milli-mənəvi dəyərlərin daşıyıcısıdır. Ailənin sağlam, xoşbəxt yaşaması üçün onun üzvləri arasında səmimi, mədəni münasibət olmalı, valideyin-övlad münasibətləri düzgün qurulmalıdır. Azərbaycan ailəsi hər şeydən əvvəl, milli adət - ənənələrmizi özündə yaşatmalıdır. Cənab başçı çıxışının sonunda Azərbaycan qadın hərəkatının lideri, Heydər Əliyev Fondunun Prezidenti, Milli Məclisin deputatı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərliyi altında həyata keçirilən ailə problemlərinin həlli istiqamətində önəmli layihələrin gərçəkləşdirilməsini xüsusi qeyd etdi.
Tədbirin sonunda nümunəvi 5 ailə qiymətli hədiyyələrlə təltif edildilər.
Bu gün ölkəmizdə ailələrin rifahının daha da yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Dövlət ailə siyasəti Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlarda, bir sıra Dövlət proqramlarında özünün uğurlu inkişafını tapmışdır. Heydər Əliyev Fondu tərəfindən bu sahədə bir sıra maraqlı layihələr reallaşdırılır. Bu layihələr ailələrimizin daha möhkəm və sağlam əsaslar üzərində qurulmasına, eyni zamanda, onların firavanlığının təmin olunmasına xidmət edir. Ölkəmizin bütün sahələrdə əldə etdiyi uğurlar ailə institutunun inkişafında da öz təsdiqini tapmaqdadır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə İsmayıllı rayonunda “ 15 may Beynəlxalq Ailə günü ” qeyd edildi. Azərbaycanın 74 rayonu iştirak edən bayram tədbirində Salyan rayonunu N. Gəncəvi adına Mərkəzi Kitabxananın direktor müavini Səidə Əliyeva ailəsi ilə birlikdə təmsil etdi. Tədbirdə iştirak edən ailələr arasında rayona məxsus kulinariya, əl işləri, yaradıcı nümunəvi ailə nominasiyaları üzrə müsabiqə keçirildi.Azərbaycanın tanınmış ictimai xadimlərinin və sənətçilərinin iştirakı ilə keçirilən bayram tədbirində qalib gələn ailələr “ Diplom” və qiymətli hədiyyələrlə mükafatlandırıldı.