15 May Beynəlxalq ailə günüdür.
Ailə olmaq iki bədəndə bir can, iki vücudda bir ruh, iki sinədə bir ürək olmanın adıdır. Ailə sevginin sonsuz iqlimi içərisində həlimləşərək, sevdiyi insana sədaqətli xidmət göstərərərk iki həyatı, iki dünyanı bir araya gətirməkdir.
Salyanda Turizm imkanları
Salyan rayonu ölkəmizin zəngin irsə malik qədim yaşayış məskənlərindən biridir.
Rayonun əlverişli coğrafi mövqeyi, zəngin təbiəti və tarixi mədəniyyət abidələri burada turizmin ikişafı üçün potensial imkanlar yaradır. 1999-cu ildə Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda "Turizm haqqında " Qanunun qəbul edilməsi nəticəsində bu sahədə nəzərə çarpacaq nəticələr əldə edilib, ölkəmizin turizm sektorunun beynəlxalq turizm bazarına inteqrasiyasının əsası qoyulub. Ölkə Prezidenti Cənab İlham Əliyevin 2 aprel 2010-cu il tarixli sərəncamı ilə təstiq edilən "Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı " həmin imkanların reallaşması üçün mühüm baza yaradır.